Bakıda anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB
# 08 dekabr 2020 22:44 (UTC +04:00)

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 300 kv/m olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Anbara bitişik sexlər yanğından mühafizə olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

***

Saat 18:49

Bakıda anbarda yanğın başlayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi ünvanında anbarda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, yanğının sahəsi təqribən 250 kv/m təşkil edir. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR