Bakıda arvadını bıçaqlayan şəxs təslim olub, cinayət işi başlanıb

Bakıda arvadını bıçaqlayan şəxs təslim olub, cinayət işi başlanıb
# 05 iyun 2020 09:20 (UTC +04:00)

Bakıda arvadını bıçaqlayan şəxs polisə təslim olub.

APA-nın məlumatına görə, Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Günel Babayeva münaqişə zəmində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ramiq Dadaşov tərəfindən bıçaqlanıb.

Qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R. Dadaşov könüllü şəkildə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR