Bakıda avtobus iki piyadanı vurub, onlardan biri ölüb

Bakıda avtobus iki piyadanı vurub, onlardan biri ölüb
# 07 noyabr 2020 12:24 (UTC +04:00)

Bakıda avtobus piyadaları vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 6-da saat 08 radələrində Yasamal rayonu ərazisində Şabran rayon sakini R.Poladov idarə etdiyi “Daewoo” markalı avtobusla dayanacaqda olan Abşeron rayon sakinləri Qabil Nağıyevi və İ.Pokinanı vurub.

Piyada Q.Nağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR