Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakıda avtobus piyadanı vuraraq öldürüb
  • Clock-gray 12:21
  • calendar-gray 28 Oktyabr 2020

Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini Müşfiq Həsənalıyevi vurub. Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər