Bakıda avtobus sürücüsü sərnişini döyüb

Bakıda avtobus sürücüsü sərnişini döyüb
# 25 noyabr 2019 17:33 (UTC +04:00)

Bakıda döyülmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Biləsuvar rayon sakini Barat Cəbrayılzadə Şərifzadə küçəsində 165 saylı marşurt avtobusunun sürücüsü və köməkçisi tərəfindən döyülüb.

B. Cəbyılzadə baş və bədən nahiyyəsindən müxtəlif xəsarət alıb. Zərərçəkən hadisə ilə bağlı polisə şikayət edib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR