Bakıda avtobusun vurduğu piyada ölüb

Bakıda avtobusun vurduğu piyada ölüb
# 07 sentyabr 2020 12:56 (UTC +04:00)

Bakı şəhərinin Suraxanı rayonunda piyadanı avtobus vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini A. Əliyev idarə etdiyi "Tata" markalı avtobusla yolu keçən 50-55 yaşlarında kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR