Bakıda avtomobil 56 yaşlı qadını vurub, vəziyyəti ağırdır

Bakıda avtomobil 56 yaşlı qadını vurub, vəziyyəti ağırdır
# 03 dekabr 2019 01:19 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 56 yaşlı qadın xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda baş verib.

Minik avtomobili yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Xalidə Sadıqovanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR