Bakıda avtomobil, Tovuzda və Ağcabədidə ev yanıb

Bakıda avtomobil, Tovuzda və Ağcabədidə ev yanıb
# 31 oktyabr 2020 08:55 (UTC +04:00)

Bakının Yasamal rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Tovuz rayonunun Alakol kəndində baş verib. Ümumi sahəsi 124 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağcabədi rayonunun Boyat kəndində isə ümumi sahəsi 168 m² olan evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR