Bakının Sabunçu rayonunda baş vermiş qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB

Bakının Sabunçu rayonunda baş vermiş qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB
# 20 sentyabr 2020 02:59 (UTC +04:00)

Bakının Sabunçu rayonu ərazisində baş vermiş yol qəzası nəticəsində xəsarət alanların sayı 4-ə çatıb.

APA-nın məlumatına görə, qəza nəticəsində sürücü 35 yaşlı Məmmədov Elçin İmaməli oğlu və onun həyat yoldaşı, Məmmədova Vəfa Əfsər qızı, eləcə də Behbudova Jalə Mahir qızı və 26 yaşlı Mütəllimov Əqdət Miqtət oğlu ağır bədən xəsarətləri alaraq 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

***

Saat 01:01

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb.

"Mitsubishi" markalı avtomobillə hərəkətdə olan sürücü idarəetməni itirib. Avtomobil şosedən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Avtomobildə olan sürücü və iki sərnişin salonda sıxışıb qaldığından əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidnmətinin əməkdaşları gəlib. Avtomobildə olan üç nəfər çıxarılaraq təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR