Bakıda avtomobil aşıb, iki Türkiyə vətəndaşı xəsarət alıb - FOTO

Bakıda avtomobil aşıb, iki Türkiyə vətəndaşı xəsarət alıb - FOTO
  • Clock-gray 04:32
  • calendar-gray 13 Mart 2021

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

50-DX-778 dövlət qeydiyyat nişanlı "Changan" markalı avtomobili idarə edən Kemal Çalkıcı sükana nəzarəti itirib. Nəticədə avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü K.Çalkıcı və sərnişin Taner Akbaş ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsindən verilən məlumata görə, sürücü və sərnişin sərxoş vəziyyətdə olub.

Nurlan Əli

Digər xəbərlər