Bakıda avtomobil aşıb, ölən var

Bakıda avtomobil aşıb, ölən var
  • Clock-gray 12:45
  • calendar-gray 12 Mart 2021

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində qəsəbə sakini T.Nəzərov idarə etdiyi “Khazar” markalı avtomobili aşırıb. Qəza nəticəsində avtomobildəki sərnişin E.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Sail Ağasəlim

Digər xəbərlər