Bakıda avtomobil dirəyə çırpılıb, sürücü ölüb

Bakıda avtomobil dirəyə çırpılıb, sürücü ölüb
  • Clock-gray 02:28
  • calendar-gray 07 Aprel 2021

Bakının Sabunçu rayonunda qəza nəticəsində bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

“Daewoo” markalı nəqliyyat vasitəsini idarə edən 1986-cı il təvəllüdlü Əliyev Əziməmməd Məzahir oğlu sükana nəzarəti itirib. Avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. 

Sürücü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ə.Əliyev dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Nurlan Əli

Digər xəbərlər