Bakıda avtomobil dərəyə aşıb, ölən var

Bakıda avtomobil dərəyə aşıb, ölən var
# 23 fevral 2021 23:48 (UTC +04:00)

Bakının Yasamal rayonunda avtomobil aşıb sürücü ölüb.

APA xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

"NAZ" markalı avtomobili idarə edən sürücü 1987-ci il təvəllüdlü Hacıyev Orxan Zahir oğlu yolun buzlu olması səbəbindən avtomobilə nəzarəti itirib. Maşın dərəyə aşaraq bir neçə hissəyə bölünüb.

Sürücü hadisə yerində ölüb. Meyit morqa təhvil verilib.

Avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR