Bakıda avtomobil gənc oğlanı vuraraq qaçıb

Bakıda avtomobil gənc oğlanı vuraraq qaçıb
# 06 dekabr 2019 23:17 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Kürdəxanı qəsəbəsində baş verib.

"Mercedes" markalı minik avtomobili 1993-cü il təvəllüdlü Əliyev Yasin Vaqif oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR