Bakıda avtomobil maneəyə çırpılıb, sürücü ölüb

Bakıda avtomobil maneəyə çırpılıb, sürücü ölüb
# 02 noyabr 2020 17:45 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Vüsal Babayev idarə etdiyi “Lifan” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Qəza nəticəsində ağır xəsarət alan sürücü yaşadığı evdə ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR