Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 26 noyabr 2019 22:56 (UTC +04:00)

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Buzovna qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən Nizam adlı orta yaşlı piyadanı vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR