Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 16 noyabr 2020 13:22 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 15-də saat 20.00 radələrində Səbail rayonunun Salyan Yolu küçəsində Bakı şəhər sakini Z.Bəşirov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fasktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR