Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  • Clock-gray 14:10
  • calendar-gray 12 Dekabr 2020

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ rayonu ərazisində Zaqatala rayon sakini R.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 55-60 yaşlı qadını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər