Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 11 yanvar 2021 11:40 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu rayonu ərazisində Lerik rayon sakini O.Əkbərov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini N.Cavadovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR