Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO - VİDEO

Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO - VİDEO
  • Clock-gray 23:08
  • calendar-gray 02 İyul 2020

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Aeroport şossesində qeydə alınıb.

Şəxsiyyəti hələlik naməlum olan və təxminən, 40-45 yaşlı kişi piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyib. Bu zaman onu "Toyota" markalı minik avtomobili vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Əraziyə Xəzər Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Polis əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Nurlan Əli

Digər xəbərlər