Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB
# 15 fevral 2021 12:51 (UTC +04:00)

Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində paytaxt sakini Əbülfəz Musayev piyada hərəkət edən zaman müəyyən edilməmiş avtomobil tərəfindən vurulub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək qəza yerindən yayınıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının qısa zamanda “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində idarə etdiyi “Hyundai” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini Tofiq Vəliyev saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

saat 11:33

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ə.Musayev vurulub.

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR