Bakıda avtomobil piyadanı vurub

Bakıda avtomobil piyadanı vurub
# 09 aprel 2020 17:53 (UTC +04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1966-cı il təvəllüdlü Allahverdiyev Hamlet yolu keçərkən bir şirkətə məxsus avtomobillə vurulub. O, ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sail Ağasəlim

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR