Bakıda avtomobil piyadının ayağının üstündən keçib

Bakıda avtomobil piyadının ayağının üstündən keçib
# 05 dekabr 2019 23:25 (UTC +04:00)

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfət xəsarət alıb.

APA xəbər veir ki, qəza metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Mehdiyev Ədil Əsgər oğlunun ayağının üstündən keçib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Ona ayağın sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR