Bakıda avtomobil qaçıran keçmiş məhkum tutulub

Bakıda avtomobil qaçıran keçmiş məhkum tutulub
# 17 yanvar 2020 11:56 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini R.Kərimov yanvarın 16-da Ə.Naxçıvani küçəsindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR