Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb
# 09 dekabr 2020 11:07 (UTC +04:00)

Bakıda piyada qadını avtomobil vurub.

APA-nın xəbərinə görə, hadisə səhər saatlarında "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 65-70 yaş aralığında qadını qarşıdan gələn minik avtomobili vurub.

Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən qadın ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Rayon Polis İdarəsi Tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR