Bakıda avtomobil yanıb

Bakıda avtomobil yanıb
# 25 may 2020 01:58 (UTC +04:00)

Bakıda avtomobildə yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Suraxanı rayonunda qeydə alınıb.

Hadisə zamanı "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR