Bakı şəhərinin Sabunçu rayonunda avtomobil yanıb.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 25 m² olan qarajın içərisində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Qaraj və yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.