Bakıda avtomobil yanıb - FOTO - YENİLƏNİB

Bakıda avtomobil yanıb - FOTO - YENİLƏNİB
# 19 mart 2021 13:07 (UTC +04:00)

Bakı şəhərinin Nəsimi rayonunda "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

12:26

Bakıda nəqliyyat vasitəsi yanır.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, hadisə Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Bu səbəbdən də hazırda Yusif Səfərov və Afiyyədin Cəlilov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR