Bakıda avtomobildən 1.7 kq heroin tapılıb

Bakıda avtomobildən 1.7 kq heroin tapılıb
# 13 dekabr 2019 12:54 (UTC +04:00)

Bakıda yük maşınından heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naxçıvan şəhər sakini H.Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobil Binəqədi rayonu ərazisində saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilin kabinəsinin alt tərəfindəki boşluqdan iki bağlamada çəkisi 1 kiloqram 670 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR