Bakıda avtomobildən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakıda avtomobildən pul və qızıl-zinət əşyaları oğurlanıb
# 01 dekabr 2020 13:18 (UTC +04:00)

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə rayon ərazisində avtomobillərdən birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində K.Nəsrullayevə məxsus avtomobildən 1140 manat pul və müxtəlif qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Teymurov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR