Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən 1970-ci il təvəllüdlü Səyyadov Nizami Xanlar oğlunu avtomobil vurub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Sail Ağasəlim