Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada ölüb
# 11 dekabr 2020 13:50 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində paytaxt sakini İ.Məmmədov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən həmyerlisi Kəmalə Musayevanı vurub.

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR