Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada ölüb
# 28 dekabr 2020 11:38 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində qəsəbə sakini N.Osmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Tamella Alışanbəylini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR