Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada ölüb
# 31 mart 2021 13:32 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nərimanov rayonunun Z.Bünyadov prospektində Sumqayıt şəhər sakini R.Qiyasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ə.Bayramovu vurub. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR