Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
# 24 fevral 2020 10:40 (UTC +04:00)

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, fevralın 22-də Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Məmmədov Tahir Əli oğlu yolu keçmək istəyərkən minik avtomobili onu vurub.

Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən fevralın 23-ü axşam saatlarında Respublika Kliniki Xəstəxanasında vəfat edib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR