Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb
# 19 oktyabr 2020 14:32 (UTC +04:00)

Bakıda sərnişin qismində bir neçə avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev oktyabrın 18-də A.M.Şərifzadə küçəsindən “Khazar” markalı avtomobilinə sərnişin qismində əyləşən bir nəfərin onun 300 manat dəyərində mobil telefonunu apardığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 10 radələrində C.Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla 372 manat dəyərində mobil telefon aparması, habelə 5 nəfəri aldadıb mobil telefonlarını alması, 2 avtomobildən isə mobil telefon oğurlaması da müəyyən edilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR