Bakıda avtqəza zamanı sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb

Bakıda avtqəza zamanı sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb
# 27 fevral 2021 00:18 (UTC +04:00)

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə sürücünü deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR