Bakıda axtarışda olan şəxs tutulub

Bakıda axtarışda olan şəxs tutulub
# 16 fevral 2021 10:16 (UTC +04:00)

Bakıda axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan X.Kazımov tutulub.

Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki bir köşkdən 3500 manat dəyərində tütün məmulatı, 6 evdən isə pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR