Bakıda bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim olub

Bakıda bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim olub
# 21 sentyabr 2020 09:26 (UTC +04:00)

Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.

M. Babayev daha sonra könüllü şəkildə gəlib polisə təslim olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisəni törədən şəxs Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR