Bakıda bayram tonqalında yanan kişi xəstəxanada ölüb

Bakıda bayram tonqalında yanan kişi xəstəxanada ölüb
# 24 mart 2021 11:14 (UTC +04:00)

Bakıda 59 yaşlı kişi tonqalda yanaraq ölüb.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlü Çələbiyev Aqil Nuru oğlu martın 21-də bayram tonqalında yanıb. Ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR