Bakıda bazarda balıqçı boğazından bıçaq xəsarəti alıb

Bakıda bazarda balıqçı boğazından bıçaq xəsarəti alıb
# 10 yanvar 2020 23:03 (UTC +04:00)

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində yerləşən bazarda qeydə alınıb.

1986-ci il təvəllüdlü Rüstəmov Tural Rafiq oğlu bazarda balıq satarkən ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə bıçaq onun boğazına batıb. Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR