Bakıda bazarda gizli fəaliyyət göstərən kafe aşkarlanıb, 7 qadın saxlanılıb - FOTO

Bakıda bazarda gizli fəaliyyət göstərən kafe aşkarlanıb, 7 qadın saxlanılıb - FOTO
  • Clock-gray 11:39
  • calendar-gray 08 İyul 2020

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

APA-nın məlumatına görə, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 7-si qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.

Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib. 

 

Səlcuq Elçin

Digər xəbərlər