Bakıda beş avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO - VİDEO

Bakıda beş avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO - VİDEO
# 21 fevral 2020 03:24 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

"Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və atomobili əvvəlcə "Toyota", daha sonra "Nissan", "Daewoo" və "Kia" markalı avtomobillərə çırpıb. Qəza nəticəsində "Mercedes"də olan sərnişin xəsarət alıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR