Bakıda beşmərtəbəli binada mənzil yanıb

Bakıda beşmərtəbəli binada mənzil yanıb
# 02 oktyabr 2020 04:33 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı binanın üçüncü mərtəbəsində ümumi sahəsi 60 kv/m olan mənzildə ev əşyaları 15 kv/m sahədə yanıb. Yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 10 kv/m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR