Bakıda bıçaqlanma olub

Bakıda bıçaqlanma olub
# 15 mart 2021 17:51 (UTC +04:00)

İlahiyyatçı Hacı Zahir Mirzəvi bıçaqlanıb.

APA-nın xəbərinə görə, 1985-ci il təvəllüdlü Hacı Zahir Mirzəvi kimi tanınan Mirzəli Hacızahir Gülbala oğlu dostları ilə birgə Nərimanov rayonu ərazisində olarkən tanımadığı şəxs tərəfindən bıçaqla vurulub.

Ağır xəsarət alan yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nərimanov rayonu 16-cı polis bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR