Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb

Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb
# 21 aprel 2021 09:07 (UTC +04:00)

Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb.

APA-nın Fövqaladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR