Bakıda bir-birinə bitişik evlərdə yanğın olub

Bakıda bir-birinə bitişik evlərdə yanğın olub
# 22 yanvar 2021 05:59 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 79 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 47 m² sahədə, bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ümumi sahəsi 32 m² olan birmərtəbəli evin pəncərə çərçivəsi 3 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR