Bakıda bir evdə yaşayan nəvələr nənələrinin öldüyünü 3 gün sonra biliblər

Bakıda bir evdə yaşayan nəvələr nənələrinin öldüyünü 3 gün sonra biliblər
# 14 fevral 2020 16:22 (UTC +04:00)

Bakıda evdən meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1930-cu il təvəllüdlü Kərimova Balaxanım Əmir qızının meyiti evində aşkar edilib.

Araşdırmalar zamanı B.Kərimovanın üç gün əvvəl öldüyü müəyyən edilib. Belə ki, qadın evdə nəvələri ilə birgə yaşayıb. Əqli qüsuru olan uşaqlar nənələrinin öldüyünü bilməyiblər. Evdən gələn kəskin qoxudan şübhələnən qonşular mənzilə daxil olduqda qadının meyitini aşkar ediblər.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR