Bakıda bir yaşlı uşağın üzərinə qaynar su tökülüb

Bakıda bir yaşlı uşağın üzərinə qaynar su tökülüb
# 11 mart 2021 22:03 (UTC +04:00)

Bakının Sabunçu rayonunda azyaşlı yanıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində baş verib.

2020-ci il təvəllüdlü Mustafayev Nihad Rəşad oğlu valideyn nəzarətindən kənar çay termosuna toxunub. Termosda olan qaynar su azyaşlının üzərinə tökülüb.

Yanıq xəsarətləri alan N.Mustafayev 5 saylı yanıq mərkəzinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR