Bakıda cildləmə sexində yanğın olub

Bakıda cildləmə sexində yanğın olub
  • Clock-gray 10:03
  • calendar-gray 04 Fevral 2020

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, "Təhsil Nəşriyyat Poliqrafiya" MMC-nin yerləşdiyi dördmərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 85 m² olan cildləmə sexində bir ədəd çap dəzgahı yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date